FLL nədir?

FIRST LEGO League (FLL) – 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları turniridir. Turnirdə 4 nəfərdən ibarət və yetkin yaşlı bir və ya iki komanda rəhbərinin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FLL şagirdləri əyləncəli bir mühitdə real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi bir təcrübədir. FLL turnir proqramında iştirak edən komandalar aşağıdakı kateqoriyalar üzrə hazırlıqlı olmalıdır:

Ətraflı >>

FIRST LEGO League (FLL) – 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları turniridir. Turnirdə 4 nəfərdən ibarət və yetkin yaşlı bir və ya iki komanda rəhbərinin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FLL şagirdləri əyləncəli bir mühitdə real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi bir təcrübədir. FLL turnir proqramında iştirak edən komandalar aşağıdakı kateqoriyalar üzrə hazırlıqlı olmalıdır:

Robot Oyunu və Dizayn:

Komandalar stolüstü oyun sahəsində LEGO MINDSTOMRS texnologiyasından istifadə etməklə hər hansısa bir problemin elmi əsaslandırılmış həlli yolunu tapmaq üçün müstəqil robot dizayn edir, qurur və proqramlaşdırırlar. Tapşırıqları həll etmək üçün komandalara turnir günü hər biri 2.5 dəqiqə olmaqla 1-2 raund verilir. Eyni zamanda komandalar jüri ilə 5 dəqiqəlik müsahibə zamanı öz dizayn layihələri, tapşırığı həll etmə strategiyaları, robotun struktur elementləri və s. barəsində danışırlar. Komandalar hazırlaşmaq və turnir zamanı istifadə etmək üçün LEGO MINDSTORMS dəsti olan FLL 2018 tematik dəstini və oyun masalarrını Mars Academy şirkətinə müraciət etməklə əldə edə bilərlər.

Araşdırma Layihəsi:

Komandalar oyun sahəsinin mövzusuna uyğun hər hansı real bir problemi araşdırmalı və mövcud həll yollarını (əgər varsa) analiz etməlidirlər. Komandalar həmin problemin mövcud həll yollarını təkmilləşdirməlik, və yabu istiqamətdə öz yeni innovativ həllərini təqdim edirlər. Onlar öz nəticələrini bu həllərlə maraqlanan dostları, qonşu icmalar, həmkarlar ilə paylaşırlar. Müsabiqə günü komandalar 5 dəqiqə ərzində öz işlərini (model, poster, prototiplər və s. şəkildə) jüriyə təqdim edirlər.

Əsas Dəyərlər:

First LEGO League təkcə komandaların gördüyü işi (robot oyunu, araşdırma layihəsi) dəyərləndirmir, həmçinin, bu işi komanda olaraq necə yerinə yetirdiklərini də qiymətləndirir. Komandalar turnirdə qalib olmaqdan çox, yeni kəşflər etmənin, ədalətli mübarizənin və komanda olaraq birlikdə işləmənin əhəmiyyətini anlamalı, peşəkarlıq,əməkdaşlıq və rəqabət nümayiş etdirməli və ƏYLƏNMƏLİDİRLƏR! Komandalar hər zaman aşağıdakı FLL dəyərlərini yadda saxlamalıdırlar:
  • Biz bir komandayıq.
  • Komanda rəhbərlərimizin və mentorların köməyi ilə biz qarşıya qoyduğumuz problemlərin həll yolları tapmağın məsuliyyətini öz öhdəmizə götürürük.
  • Biz bilirik ki, komanda rəhbərləri və mentorlar heç də bütün sualları cavablandıra bilməzlər; biz birlikdə öyrənirik.
  • Biz ədalətli rəqabətə hörmətlə yanaşırıq.
  • Biz kəşf etməyi qalib gəlməkdən üstün tuturuq.
  • Biz öz təcrübəmizi başqaları ilə bölüşürük.
  • Biz gördüyümüz hər işdə “peşəkarlıq,əməkdaşlıq və rəqabət ” nümayiş etdiririk.
  • Biz çalışarkən əylənməyi unutmuruq.
<< Bağla

INTO ORBIT mövzusu

30-cu FIRST® mövsümünə siz də qoşulun! Artıq yer kürəsindəki maneələri dəf edib, Orbit-ə uçmağın zamanıdır! 2018-2019-cu ilin FIRST® LEGO® League mövzusu sizin komandanızı kosmosa səyahətə, buradakı sonsuz fəzanı tədqiq edərək yeni kəşflər etməyə dəvət edir. FIRST® LEGO® League uşaqları alimlər və mühəndislər kimi düşünməyə çağırır. INTO ORBIT mövsümü zamanı komandalar Layihə bölməsi altında real həyatdan olan problemlərin həll yollarını təklif edəcəklər. Onlar həmçinin LEGO® MINDSTORMS® texnologiyalarından istifadə etməklə, Robot Yarışı bölməsi altında bir sıra missiyalar həyata keçirəcəklər. Bütün bunlar peşəkarlıq, komanda işi və yeni kəşflərin diqqət mərkəzində olduğu Əsas Dəyərlər imzası altında həyata keçiriləcək.

Hidrodinamika mövzusu

FLL 2017-2018 mövsümü üzrə mövzu HİDRODİNAMİKAdır. Hidrodinamika mövzusu suyun insan tərəfindən istifadəsi siklini – suyun tapılması, daşınması, istifadəsi və atılmasını əhatə edir. 2017-2018-ci ilin FLL yarışlarında 80 ölkədən məktəblilər Hidrodinamika mövsuzu üzrə problemləri araşdıracaq və həll yollarını təklif edəcəklər. FLL məktəblilərdən tədqiqatçı və mühəndis yanaşması tələb edir. Eyni zamanda, onlar Robot Oyununda missiyaları keçmək üçün LEGO® MINDSTORMS® texnologiyalarından istifadə edərək müstəqil robotlar quracaq, test edəcək və proqramlaşdıracaqlar. Komandalar bütün bunları FLL Əsas Dəyərləri çərçivəsində kəşfetmə ruhu, komanda işi və peşəkarlıq nümayiş etdirməklə həyata keçirəcəklər.

Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın.

+994 496 9094/95

support@fllazerbaijan.org

Təşkilatçılar

FLL 2017-2018 Azərbaycan Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Mars Academy” və ADA Universiteti birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Əlaqə