FLL nədir?
FIRST LEGO League (FLL) – 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları turniridir. Turnirdə 4 - 6 nəfərdən ibarət və yetkin yaşlı 1-2 nəfər komanda rəhbərinin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FLL şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə qarşılaşdıran və onların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi bir təcrübədir. Hal-hazırda qeydiyyatı açıq olan turnir 2021-ci ilin noyabr və dekabr aylarında keçiriləcək. Bu turnir 2019-2020 il mövsümündə COVID-19 pandemiyası səbəbindən təxirə salınmış turnirin davamıdır. Bütün iştirakçı məktəblər qeydiyyatdan keçməlidir. FLL turnir proqramında iştirak edən komandalar aşağıdakı kateqoriyalar üzrə hazırlıqlı olmalıdır:
Ətraflı >>FIRST LEGO League (FLL) – 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları turniridir. Turnirdə 4 - 6 nəfərdən ibarət və yetkin yaşlı 1-2 nəfər komanda rəhbərinin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FLL şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə qarşılaşdıran və onların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi bir təcrübədir. Hal-hazırda qeydiyyatı açıq olan turnir 2021-ci ilin noyabr və dekabr aylarında keçiriləcək. Bu turnir 2019-2020 il mövsümündə COVID-19 pandemiyası səbəbindən təxirə salınmış turnirin davamıdır. Bütün iştirakçı məktəblər qeydiyyatdan keçməlidir. FLL turnir proqramında iştirak edən komandalar aşağıdakı kateqoriyalar üzrə hazırlıqlı olmalıdır:
Robot Oyunu:
Komandalar stolüstü oyun sahəsində “LEGO MINDSTOMRS” texnologiyalarından istifadə etməklə hər hansısa bir problemin elmi əsaslandırılmış həll yolunu tapmaq üçün müstəqil robot dizayn edir, qurur və proqramlaşdırırlar. Tapşırıqları həll etmək üçün komandalara turnir günü hər biri 2.5 dəqiqə olmaqla 3 tur çıxışetmə imkanı verilir. Turlardan topladığı ən yüksək bal qeydə alınır.
Əsas Dəyərlər:
- Kəşf: Biz özümüzdə yeni bacarıq və ideyalar kəşf edirik.
- İnnovasiya: Biz problemləri həll edənə kimi mümkün olan bütün yollardan istifadə edirik.
- Töhfə: Biz dünyamızı daha da yaxşı bir yer etmək üçün öyrəndiklərimizi tətbiq edirik.
- Hörmət: Biz bir-birimizə və fərqli tərəflərimizə hörmətlə yanaşırıq
- Komanda işi: Biz birgə işləyəndə daha güclüyük.
- Əyləncə: Biz çalışarkən əylənməyi unutmuruq.
CITY SHAPER mövzusu
Daha gözəl bir dünya qurmaq istəsəniz, o, necə olardı? Nədən və hardan başlayardınız? Bunu təcrübə etmək üçün FIRST® LEGO® League mövsümünə siz də qoşulun. Şəhərlərimiz nəqliyyat, istənilən yerə rahat və vaxtında çatma imkanı, və hətta təbii fəlakətlər kimi böyük problemlərlə üzləşir. Hər kəs üçün daha yaxşı gələcəyi neçə qura bilərik? Bunun üçün komanda şəklində işləməyə və təxəyyülə ehtiyac var. Birlikdə daha gözəl gələcək qurmağa hazırsınızmı? 2019-2020-cu ilin FIRST® LEGO® League mövzusu sizin komandanızı keçmişimizdən dərs alaraq yeni şəhərlər qurmağa dəvət edir. FIRST® LEGO® League uşaqları alimlər və mühəndislər kimi düşünməyə çağırır.Onlar, həmçinin, LEGO® MINDSTORMS® texnologiyalarından və mövsümün mövzusu ilə əlaqədar FIRST® LEGO® League 2019-2020 dəstindən istifadə etməklə Robot Oyunu bölməsi altında bir sıra missiyalar həyata keçirəcəklər. Bütün bunlar peşəkarlıq, komanda işi və yeni kəşflərin diqqət mərkəzində olduğu Əsas Dəyərlər imzası altında həyata keçiriləcək.
Hidrodinamika mövzusu
FLL 2017-2018 mövsümü üzrə mövzu HİDRODİNAMİKAdır. Hidrodinamika mövzusu suyun insan tərəfindən istifadəsi siklini – suyun tapılması, daşınması, istifadəsi və atılmasını əhatə edir. 2017-2018-ci ilin FLL yarışlarında 80 ölkədən məktəblilər Hidrodinamika mövsuzu üzrə problemləri araşdıracaq və həll yollarını təklif edəcəklər. FLL məktəblilərdən tədqiqatçı və mühəndis yanaşması tələb edir. Eyni zamanda, onlar Robot Oyununda missiyaları keçmək üçün LEGO® MINDSTORMS® texnologiyalarından istifadə edərək müstəqil robotlar quracaq, test edəcək və proqramlaşdıracaqlar. Komandalar bütün bunları FLL Əsas Dəyərləri çərçivəsində kəşfetmə ruhu, komanda işi və peşəkarlıq nümayiş etdirməklə həyata keçirəcəklər.
Əsas Tarixlər
-
20-31 Oktyabr, 2021
FIRST LEGO League 2021 mövsümünə qeydiyyat
-
Noyabr, 2021
Komanda rəhbərləri üçün birinci təlim
-
3-4 Dekabr, 2021
Komanda rəhbərləri üçün ikinci təlim
-
Dekabr, 2021
FIRST LEGO League Azərbaycan yerli turniri
-
9.00 AM
Breakfast
-
10.00 AM
Advanced SVG Animations
By Karl Groves -
11.00 AM
Presenting Work with Confidence
By Sarah Dransner -
12.00 AM
Keynote on UX & UI Design
By Ned Stark -
1.00 PM
The End
-
9.00 AM
Breakfast
-
10.00 AM
Advanced SVG Animations
By Karl Groves -
11.00 AM
Presenting Work with Confidence
By Sarah Dransner -
12.00 AM
Keynote on UX & UI Design
By Ned Stark -
1.00 PM
The End
Sənədlər
FIRST LEGO League 2021 mövsümü üzrə sənədləri (Azərbaycan və ya İngilis dilində) aşağıdan yükləyə bilərsiniz. Yadda saxlayın ki, komandalardakı üzvlərin sayı, yaşı və müəyyən prosedurlar ölkələr üzrə dəyişə bilər. Dəyişiklikləri izləmək üçün “Uyğunlaşma” sənədini Azərbaycan dili bölməsindən yükləyərək nəzərdən keçirməyiniz mütləqdir.