FLL nədir?
FIRST LEGO League (FLL) – 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları turniridir. Turnirdə 4-6 məktəbli və onlara rəhbərlik edən yetkin yaşlı bir və ya iki komanda rəhbərinin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FIRST LEGO League şagirdləri əyləncəli bir mühitdə real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi bir təcrübədir. FIRST LEGO League turnir proqramında iştirak edən komandalar aşağıdakı kateqoriyalar üzrə hazırlıqlı olmalıdır:
Ətraflı >>FIRST LEGO League (FLL) – 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları turniridir. Turnirdə 4 nəfərdən ibarət və yetkin yaşlı bir və ya iki komanda rəhbərinin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FLL şagirdləri əyləncəli bir mühitdə real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi bir təcrübədir. FLL turnir proqramında iştirak edən komandalar aşağıdakı kateqoriyalar üzrə hazırlıqlı olmalıdır:
Robot Oyunu:
Komandalar stolüstü oyun sahəsində LEGO MINDSTOMRS texnologiyasından istifadə etməklə hər hansısa bir problemin elmi əsaslandırılmış həlli yolunu tapmaq üçün müstəqil robot dizayn edir, qurur və proqramlaşdırırlar. Tapşırıqları həll etmək üçün komandalara turnir günü hər biri 2.5 dəqiqə olmaqla 3 tur çıxış etmə imkanı verilir. Ən yüksək bal topladığı turun balı qeydə alınır.
Robot Dizaynı:
Komandalar Robot Oynu üçün hazırladıqları robotları jüri qarşısında təqdim edirlər. Komandalar jüri ilə 5 dəqiqəlik müsahibə zamanı öz dizayn layihələri, tapşırığı həll etmə strategiyaları, robotun struktur elementləri və s. barəsində danışırlar.
Araşdırma Layihəsi:
Komandalar oyun sahəsinin mövzusuna uyğun hər hansı real bir problemi araşdırmalı və mövcud həll yollarını (əgər varsa) analiz etməlidirlər. Komandalar həmin problemin mövcud həll yollarını təkmilləşdirməli və ya bu istiqamətdə öz yeni innovativ həllərini təqdim etməlidirlər. Onlar, həmçinin, öz nəticələrini bu həllərlə maraqlanan dostları, qonşu icmalar, həmkarlar ilə paylaşmalıdırlar. Müsabiqə günü komandalar 5 dəqiqə ərzində öz işlərini (model, poster, prototiplər və s. şəkildə) jüriyə təqdim edirlər.
Əsas Dəyərlər:
- Kəşf: Biz özümüzdə yeni bacarıq və ideyalar kəşf edirik.
- İnnovasiya: Biz problemləri həll edənə kimi mümkün olan bütün yollardan istifadə edirik.
- Töhfə: Biz dünyamızı daha da yaxşı bir yer etmək üçün öyrəndiklərimizi tətbiq edirik.
- Hörmət: Biz bir-birimizə və fərqli tərəflərimizə hörmətlə yanaşırıq
- Komanda işi: Biz birgə işləyəndə daha güclüyük.
- Əyləncə: Biz çalışarkən əylənməyi unutmuruq.
CITY SHAPER mövzusu
Daha gözəl bir dünya qurmaq istəsəniz, o, necə olardı? Nədən və hardan başlayardınız? Bunu təcrübə etmək üçün 31-ci FIRST® LEGO® League mövsümünə siz də qoşulun. Şəhərlərimiz nəqliyyat, istənilən yerə rahat və vaxtında çatma imkanı və hətta təbii fəlakətlər kimi böyük problemlərlə üzləşir. Hər kəs üçün daha yaxşı gələcəyi neçə qura bilərik? Bunun üçün komanda şəklində işləməyə və təxəyyülə ehtiyac var. Birlikdə daha gözəl gələcək qurmağa hazırsınızmı? 2019-2020-cu ilin FIRST® LEGO® League mövzusu sizin komandanızı keçmişimizdən dərs alaraq yeni şəhərlər qurmağa dəvət edir. FIRST® LEGO® League uşaqları alimlər və mühəndislər kimi düşünməyə çağırır. CITY SHAPER mövsümü zamanı komandalar Layihə bölməsi altında real həyatda olan problemlərin həll yollarını təklif edəcəklər. Onlar, həmçinin, LEGO® MINDSTORMS® texnologiyalarından və mövsümün mövzusu ilə əlaqədar FIRST® LEGO® League 2019-2020 dəstindən istifadə etməklə Robot Oyunu bölməsi altında bir sıra missiyalar həyata keçirəcəklər. Bütün bunlar peşəkarlıq, komanda işi və yeni kəşflərin diqqət mərkəzində olduğu Əsas Dəyərlər imzası altında həyata keçiriləcək.
Komandalar hazırlaşmaq və turnir zamanı istifadə etmək üçün FIRST LEGO League 2019-2020 tematik dəstini Mars Academy şirkətinə müraciət etməklə əldə edə bilərlər.

Hidrodinamika mövzusu
FLL 2017-2018 mövsümü üzrə mövzu HİDRODİNAMİKAdır. Hidrodinamika mövzusu suyun insan tərəfindən istifadəsi siklini – suyun tapılması, daşınması, istifadəsi və atılmasını əhatə edir. 2017-2018-ci ilin FLL yarışlarında 80 ölkədən məktəblilər Hidrodinamika mövsuzu üzrə problemləri araşdıracaq və həll yollarını təklif edəcəklər. FLL məktəblilərdən tədqiqatçı və mühəndis yanaşması tələb edir. Eyni zamanda, onlar Robot Oyununda missiyaları keçmək üçün LEGO® MINDSTORMS® texnologiyalarından istifadə edərək müstəqil robotlar quracaq, test edəcək və proqramlaşdıracaqlar. Komandalar bütün bunları FLL Əsas Dəyərləri çərçivəsində kəşfetmə ruhu, komanda işi və peşəkarlıq nümayiş etdirməklə həyata keçirəcəklər.
Əsas Tarixlər
-
29-17 Noyabr, 2019
FIRST LEGO League 2019-2020 mövsümünə qeydiyyat
-
26-27 Noyabr, 2019
Komanda rəhbərləri üçün birinci təlim
-
26-29 Noyabr, 2019
Komandaların FIRST LEGO League “City Shaper” dəstlərini təhvil alması
-
20 Dekabr, 2019
Komandaların layihə ideyalarını göndərməsi
-
12-13 mart 2020
Komanda rəhbərləri üçün ikinci təlim
-
Aprel, 2020
FIRST LEGO League Azərbaycan yerli turniri
-
13-16 may 2020
FIRST LEGO League Beynəlxalq Açıq turnirdə iştirak
-
9.00 AM
Breakfast
-
10.00 AM
Advanced SVG Animations
By Karl Groves -
11.00 AM
Presenting Work with Confidence
By Sarah Dransner -
12.00 AM
Keynote on UX & UI Design
By Ned Stark -
1.00 PM
The End
-
9.00 AM
Breakfast
-
10.00 AM
Advanced SVG Animations
By Karl Groves -
11.00 AM
Presenting Work with Confidence
By Sarah Dransner -
12.00 AM
Keynote on UX & UI Design
By Ned Stark -
1.00 PM
The End
Sənədlər
FIRST LEGO League və FIRST LEGO League Jr. 2019-2020 mövsümü üzrə sənədləri (Azərbaycan və ya İngilis dilində) aşağıdan yükləyə bilərsiniz. Yadda saxlayın ki, komandalardakı üzvlərin sayı, yaşı və müəyyən prosedurlar ölkələr üzrə dəyişə bilər. Dəyişiklikləri izləmək üçün “Uyğunlaşma” sənədini Azərbaycan dili bölməsindən yükləyərək nəzərdən keçirməyiniz mütləqdir.